Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

İrakli Ğaribaşvili: "Biz Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzünü pisləyirik"

408
İrakli Ğaribaşvili: "Biz Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzünü pisləyirik"
Dinləmək üçün basın

"Biz Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzünü pisləyirik".

"Biz Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzünü pisləyirik".

InterPress.ge xəbər verir ki, İrakli Ğaribaşvili çıxışında Gürcüstanın beynəlxalq ictimaiyyətin yanında olduğunu və Ukrayna ilə tam həmrəy olduğunu bildirib.

"Hörmətli həmkarlar, əziz dostlar, əziz qonaqlar! Mən şəxsən Baş nazirlərə, bugünkü tədbirimizin aparıcıları olan Moravetski və Andersona, həmçinin Avropa Şurasının və Avropa Komissiyasının prezidentlərinə təşəkkür etmək istərdim. Siz Avropa və Avro-Atlantik inteqrasiya yolunda Gürcüstanın sadiq tərəfdaşlarısınız.

Biz Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzünü pisləyirik, bu, beynəlxalq hüququn fundamental prinsip və normalarını, BMT Nizamnaməsini kobud şəkildə pozur və Avropanın təhlükəsizlik arxitekturasına misli görünməmiş problem yaradır. Ukraynadakı müharibənin nəticələri Avropa təhlükəsizliyinin gələcək arxitekturasını müəyyənləşdirir, regionumuzda və onun hüdudlarından kənarda yeni təhlükəsizlik çərçivəsinin əsasını qoyur.
Ukraynadakı müharibə regionda ağır humanitar böhrana səbəb olub və beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməsinə səbəb olub. Mənim hökumətim ukraynalı tərəfdaşları ilə qeyd-şərtsiz həmrəy olduğunu bildirir. Biz bu dağıdıcı müharibənin nəticələrini yumşaltmaq üçün bütün resurslarımızı səfərbər etmişik. Biz regionumuz üçün belə həyəcanlı bir zamanda Ukraynadakı tarixi tərəfdaşlarımızı və dostlarımızı dəstəkləməkdən heç vaxt imtina etməmişik. Biz beynəlxalq ictimaiyyətin yanında möhkəm dayanırıq və Ukrayna ilə tam həmrəy olduğumuzu bildiririk. Biz Ukraynaya həm siyasi, həm də praktiki baxımdan, ikitərəfli və çoxtərəfli formatda dəstəyimizi davam etdirəcəyik”, - deyə o bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →