05 
May
2022
16:45
301

Ğaribaşvili ukraynalılara edilən yardımdan danışdı

"Gürcüstan 7 milyon dollar ayırıb və biz Rusiyanın davam edən hərbi hücumundan zərər çəkmiş və hazırda Gürcüstanda yaşayan 28 min ukraynalıya yardım etməyə davam edirik. Ukraynaya hava və quru yolla 500 tondan çox humanitar yardım göndərilib".

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Polşada Ukrayna üçün beynəlxalq yüksək səviyyəli donorlar konfransı çərçivəsində keçirilən xeyriyyə sessiyası zamanı bildirib.

Hökumət başçısının qeyd etdiyinə görə, Gürcüstan 191 ölkə arasında Ukraynaya ən çox humanitar yardım göstərən ölkədir.

"Gürcüstan 7 milyon dollar ayırıb və biz Rusiyanın davam edən hərbi hücumundan zərər çəkmiş və hazırda Gürcüstanda yaşayan 28 min ukraynalıya yardım etməyə davam edirik. Ukraynaya hava və quru yolla 500 tondan çox humanitar yardım göndərilib. Hökumətimiz Ukraynadan olan məcburi köçkünlərə Ukrayna vətəndaşlarını qaynar xətt, yaşayış yeri, zəruri məhsullar, geyim, yemək, tibbi xidmət, eləcə də məktəb və uşaq bağçaları ilə təmin etmək üçün yardım göstərir. Qardaş xalqımıza kömək etməyə davam edəcəyik, bunun üçün 2022-ci ilin sonuna qədər əlavə 7 milyon dollar ayıracağıq.

Özəl sektor, QHT-lər və vətəndaşlar da Ukrayna vətəndaşlarına yaşayış, yemək, geyim və digər yardımlar təklif edirlər. Ukrayna Poçt Operatorunun (Ukrpoşta) məlumatına görə, Gürcüstan 191 ölkə arasında Ukraynaya ən çox humanitar yardım göstərən ölkədir.

Bir daha vurğulayıram ki, Rusiya tərəfindən birbaşa təhdid altında olan ölkələr üçün beynəlxalq ictimaiyyətin birgə dəstəyinə ehtiyac var. Ukrayna xalqına sülh və firavanlıq arzulayıram”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın