04 
May
2022
20:45
360

İrakli Kobaxidze: "Biz Rusiya ilə ticarət əlaqələrini qoruyacağıq"

"Biz, əlbəttə ki, Rusiya Federasiyası ilə ticarət əlaqələri saxlayacağıq, çünki sanksiyalara qoşulmuruq".

InterPress.ge xəbər verir ki, bu barədə
“Gürcü arzusu”nun sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ticarət əlaqələri hələ də müharibə vəziyyətində olan ölkə - Ukrayna ilə movcuddursa belə bir vəziyyətdə bizim Rusiya ilə ticarət əlaqələrimizi niyə dayandıraq.

“Bizim Rusiya Federasiyası, eləcə də Ukrayna ilə ticarət əlaqələrimiz mövcuddur. Qazın 80%-i Ukrayna vasitəsilə Aİ-yə daxil olur və nəinki daxil olur, hətta Rusiya qazını təkrar idxal şəklində Ukraynaya qaytarır. Yəni, qaz baxımından Ukraynanın hələ də Rusiya Federasiyası ilə normal ticarət əlaqələri var. Bu, birbaşa müharibə şəraitində olan ölkədir. Belə bir vəziyyətdə Rusiya Federasiyası ilə nə üçün ticarət əlaqələrimizi dayandırmadığımız xüsusilə başa düşüləndir. Ukraynanın bu münasibətləri saxladığı yerdə təbii ki, bizim də öz maraqlarımızın olması məntiqlidir. Ona görə də sanksiyalarla bağlı mövqe aydındır. Təbii ki, bu münasibətlərin hər hansı xüsusi genişlənməsindən söhbət gedə bilməz, lakin biz sanksiyalara qoşulmayacağımız üçün təbii ki, Rusiya Federasiyası ilə ticarət əlaqələrimizi qoruyacağıq”, - Kobaxidze bildirib.

“Gürcü Arzusu” sədrinin sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların tətbiqində hakim komandanın mövqeyi bəllidir və Qərb tərəfdaşları bunun səbəblərini bilirlər.

“Bildiyiniz kimi, biz Aİ-yə üzvlük üçün ərizə vermişik, Moldova, Ukrayna və Gürcüstan hər üç ölkə Rusiya Federasiyası, o cümlədən Ukrayna ilə müəyyən ticarət əlaqələri saxlayır.

O ki qaldı sanksiyalara - nə Gürcüstan, nə də Moldova sanksiyalara qoşulur, Avropa İttifaqına, Qərb tərəfdaşlarımıza bu və bunun səbəbləri məlumdur. Yəni bizim sanksiyalarla bağlı mövqeyimiz aydın, birmənalı və açıqdır. Nəticə etibarı ilə bu mövqe bizim tərəfimizdən təbii olaraq qorunur.

Arqument ikidir: biri təhlükəsizlikdir. Biz müxalifətin bu qədər istədiyinə əlavə bəhanə yaratmaq istəmirik, bu, Gürcüstanı müharibəyə cəlb etməkdir. Yəni təhlükəsizlik bir arqument, digəri isə iqtisadi arqumentlərdir. Ticarət əlaqələri var və bu ticarət əlaqələrinə xitam verilməsi əhalimizə çox ciddi ziyan vura bilər. Biz Rusiyaya heç bir zərər verə bilmərik, lakin hər hansı belə dəyişiklik Gürcüstan xalqı üçün çox zərərli olacaq. Elə bir enerji sektoru var ki, orada həm qaz, həm də elektrik enerjisi sektorunda spesifik əlaqələr mövcuddur və bu əlaqələrə son qoymaq həm də ölkə və əhali üçün çox çətin olacaq.

Həmçinin, həm Rusiyada, həm də işğal olunmuş ərazilərdə yüz minlərlə insan yaşayır. Təbii ki, biz həm təhlükəsizlik, həm də iqtisadiyyat baxımından bütün bu məsələləri nəzərə almalıyıq. Biz heç bir şəkildə Rusiya Federasiyasını parçalaya biləcəyimiz sanksiyalarla öz əhalimizi parçalaya və zərər verə bilmərik”, - İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər