Tbilisidə Saakaşviliyə dəstək aksiyası keçirilir
Prezident Administrasiyasının binası qarşısında keçmiş prezident Mixail Saakaşviliyə dəstək məqsədilə “Həyat naminə!” aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, etirazçılar Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinin pisləşməsi ilə əlaqədar müalicə üçün çoxprofilli klinikaya köçürülməsini tələb edirlər.
Aksiyaya Mixail Saakaşvilinin tərəfdarları, fəalları və siyasətçiləri toplaşıb. Onların qeyd etdiklərinə görə, Mixail Saakaşvilinin həyatına görə məsuliyyət hökumətin üzərinə düşür. Hüquq-mühafizə orqanları aksiyanın keçirildiyi əraziyə səfərbər olunub.
“Mişa yaxşı deyil, pisdir. Biz Mişanın həyatını xilas etməliyik. Biz hər kəsə, hökumətə, patriarxlığa, siyasi partiyalara müraciət etmişik ki, vətəndaşlarımızın fundamental yaşamaq hüququnu qorusunlar və bunun ətrafında birləşməliyik. Mixail Saakaşvili 2 gün əvvəl olduğundan daha pisdir, zəifliyi var və hərəkət etmək çox çətindir. Biz heç bir azadlığa çıxmağı, hakimiyyətə qayıtmağı tələb etmirik. Biz onun sağ qalması üçün müalicə olunmasını tələb edirik"- Mixail Saakaşvilinin qardaşı Davit Saakaşvili deyib.
O bildirib ki, bu tələb hökumət tərəfindən yerinə yetirilməsə, etiraz aksiyaları başlayacaq.


