04 
May
2022
17:45
1148

Azər Süleymanov ermənilərin bozqurd işarəsinə etdiyi etiraza belə münasibət bildirdi

VMH partiyasından Parlamentin keçmiş millət vəkili Azər Süleymanov Avropalı Gürcüstan partiyasının Marneulidəki qərargahının sədri və Bələdiyyə Məclisinin üzvü Əhməd İmamquliyevə dəstəyini bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə VMH partiyasından Parlamentin keçmiş deputatı Azər Süleymanov Facebook səhifəsində qeyd edib.

Gürcüstanın erməni icması tərəfindən bozqurd işarəsi göstərməklə hədəfə çevrilən Əhməd İmamquliyevin yanında olduğunu qeyd edib.

"Hər zaman dövlətçilik və milli maraqlar mənim üçün böyük əhəmiyyət kəsb edib. Bu günlərdə Türkçülük simvolu olan bozqurd işarəsi ətrafında baş verən müzakirələr məni də çox narahat edir. Hazırda siyasi proseslərdə fəal olmamağıma baxmayaraq bu məsələyə münasibət bildirməyi özümə borc bilirəm.
Əhməd imamquliyevin  tutduğu boz qurd işarəsi Gürcüstanda yaşayan ermənilərin narahatçılığına səbəb olub .Bu işarədən narahat olan erməni icmasına bildirmək  istəyirəm ki, Gürcüstan bizim vətənimizdir və onun uğrunda canımızdan keçməyə hər zaman hazırıq və eyni zamanda bizim milli qürurumuz da bizim üçün bir o qədər önəmlidir. Erməni lobbisinin  bu təxribat xarakterli çıxışlarının  heç bir əsası yoxdur. Gürcüstan konstitusiyasında  belə bir simvolun göstərilməsi heç bir formada qanuna zidd deyil .Bu məsələdə Əhməd tək deyil"- Süleymanov bildirdi.

Keçmiş deputat eləcə də aprel ayında Tbilisidə erməni icması tərəfindən qondarma soyqırım adı ilə təşkil etdikləri aksiyaya da toxunaraq gürcülər və azərbaycanlılar arasında münaqişə yaratmağa çalışdıqlarıni bildirdi.

"Bir müddət əvvəl  isə ,24 aprel tarixində  qondarma soyqırım adı ilə Tiflisdə keçirdikləri aksiya zamanı Azərbaycan və Türkiyə prezidentlərinin şəkillərini nümayiş etdirərək təxribat xarakterli şüarları gürcü xalqı ilə bizlərin arasında münasibətlərin korlanmasına cəhd idi.Bildirmək istəyirəm ki, Türkiyə və Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və illər ərzində bu xalqlar arasındakı münasibətlərin daha da genişləndirilməsinin əsas səbəbkarı məhs bu ölkələrin prezidentlərinin apardığı uğurlu siyasətin nəticəsidir .
 Erməni lobbisinin  narahatçılığının və təxribatlarının  altında nələrin dayandığını bütün Gürcüstan yaxşı bilir.Biz heç zaman yol vermərik ,ki onların bu çirkin əməlləri nəticəsində  xalqlar arasında hər hansı bir soyuqluq yarana!".- Azər Süleymanov.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər