04 
May
2022
16:53
397

Marneulidə müasir standartlara uyğun mərkəzi futbol stadionu tikiləcək

Marneulidə müasir standartlara uyğun mərkəzi futbol stadionu tikiləcək. Stadion 2000 tamaşaçı üçün nəzərdə tutulub.

InterPress.ge xəbər verir ki, bu barədə Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Onların sözlərinə görə, kompleksdə soyunub-geyinmə otaqları, fast food yerləri və s. olacaq, işıqlandırma, səs və yanğın sistemləri quraşdırılacaq, televiziya reportajları üçün xüsusi yerlər təşkil ediləcək. Stadion fiziki məhdudiyyətli insanlar üçün uyğunlaşdırılacaq.

Gürcüstan üzrə idman infrastrukturunun inkişafı üçün 9 layihə həyata keçirilir.  Axaltçixedə, Zuqdididə Rustavidə, Bolnisidə, Kutaisidə, Tsnori və Xobidə çoxfunksiyalı idman kompleksləri tikiləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər