04 
May
2022
16:46
283

Ermənistan Respublikasının müdafiə naziri Gürcüstanda rəsmi səfərdədir

Ermənistan Respublikasının müdafiə naziri Gürcüstanda rəsmi səfərdədir.

lnterPress.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatına görə, Suren Papikyanı Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Müdafiə Nazirliyində qəbul edib.

“Rəsmi qarşılanma mərasimindən sonra Gürcüstan və Ermənistanın müdafiə nazirləri üzbəüz ikitərəfli görüşdə iki ölkə arasında müdafiə sahəsində mövcud və gələcək əməkdaşlığı müzakirə ediblər. Tərəflər mehriban qonşuluq münasibətlərinin, eləcə də regionda sülh və sabitliyin vacibliyini vurğulayıblar. Söhbət Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən gedib. Qeyd olunub ki, Rusiyanın Ukraynaya təcavüzü qlobal təhlükəsizliyin arxitekturasını, o cümlədən Cənubi Qafqazda əsaslı şəkildə dəyişir. Cuanşer Burçuladze Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.

Söhbətdə qonşu dövlətlər arasında müxtəlif sahələrdə müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub. Görüşdən sonra, nüdafiə nazirləri 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar.

Bu gün Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri Qəhrəmanlar Meydanında Gürcüstanın birliyi uğrunda həlak olan qəhramanların abidəsinə əklil qoydular", - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın