03 
May
2022
18:19
1091

Borjomidə kişinin həyat yoldaşına bıçaqla çoxsaylı xəsarət yetirməsinin səbəbi məlum oldu

47 yaşlı Qiorqi Kabulaşvili filmə baxdığı üçün həyat yoldaşı Vika Avakianiyə xəsarət yetirib. 

InterPress.ge xəbər verir ki, qonşuların açıqlamasına görə, qadın ərinin məcbur etdiyi filmə baxmaq istəməyib və həyətə çıxıb. Bundan sonra qarşıdurma baş verib.

"Qiorqi kinoya baxırdı, qız həmin kinoya baxmaq istəməyib, çıxıb həyətdə oturub. Daha sonra həyat yoldaşı həyətə çıxaraq ona mənim izlədiyim filmi izləməlisən deyib.", - yaralının qonşusu deyib.

Məlumata görə, kişi polisə cinayəti etiraf edib və həyat yoldaşına 16 dəfə xəsarət yetirdiyini bildirib.

Borjomidə əri tərəfindən mətbəx bıçağı ilə bıçaqlanan qadını həkimlər hələ də xilas etməyə çalışırlar. İstintaqın məlumatına görə, 47 yaşlı kişi həyat yoldaşına 16-ya qədər xəsarət yetirib, qayınanasına da fiziki təzyiq göstərib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər