03 
May
2022
11:31
533

Aprel ayında bu məhsulların qiymətləri bahalaşıb

Apreldə illik inflyasiya 12,8 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, bu, Milli Statistika Xidmətinin hesabatında qeyd olunub.

Nəqliyyat qrupu üzrə qiymətlərin dəyişməsi illik inflyasiyanın formalaşmasına böyük təsir göstərib.

Geostat-ın hesabatına görə, qrup qiymətlərdə 22,4 faiz artım qeydə alıb ki, bu da illik inflyasiyada 2,7 faiz bəndlə əks olunub. Fərdi avtomobillərin istismarı üzrə qiymətlər 29,1 faiz artıb.  Nəqliyyat xidmətlərində 10,8 faiz, avtomobil alışlarında isə 3,9 faiz artım olub. Qiymətlərdə artım tendensiyası aprel ayında ərzaq və alkoqolsuz içkilər üzrə də saxlanılıb. Qrup üzrə qiymətlər 21,3 faiz artıb ki, bu da öz əksini illik inflyasiyada 6,77 faiz bəndlə tapıb. Tərəvəz və bağçılıq 46,2 faiz, çörək və çörək məhsulları 28,8 faiz, mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr 24,1 faiz bahalaşıb. Kərə yağının və duru yağın qiymətləri 20,8 faiz, qənd, mürəbbə və digər şirniyyatların qiymətləri 19,3 faiz, balığın qiymətləri 18,9 faiz bahalaşıb. Süd, pendir və yumurta 18,0 faiz, qəhvə, çay və kakao isə 17,6 faiz bahalaşıb.  Meyvə və üzümün qiymətləri 14,4 faiz, ət və ət məhsullarının qiymətləri isə 10,9 faiz bahalaşıb.

Bizimlə əlaqə saxlayın