02 
May
2022
21:09
6332

Gürcüstanda yeni qanun qüvvəyə minir- Bu halda telefon bloklanacaq

Cinayət yolu ilə ələ keçirilən mobil telefon bloklanacaq. Bloklama mexanizmi qanunda yazılacaq.

InterPress.ge xəbər verir ki, Parlamentin Hüquq məsələləri komitəsində bu gün ikinci oxunuşda baxılan müvafiq dəyişikliklər Cinayət-Prosessual Məcəllədə öz əksini tapacaq.

Layihə həm də cinayət işi başa çatana qədər mobil telefonun sahibinə qaytarılması mexanizmini təmin edəcək ki, bu da istintaqa təhlükə yaratmayacaq.

Qanun layihəsinə əsasən, müstəntiqə cinayət nəticəsində itirilmiş mobil rabitə avadanlığının işə düşməsi faktının dərhal bildirilməsi üçün elektron rabitə müəssisəsinə sorğu vermək səlahiyyəti veriləcək.

Layihə, həmçinin kompüter sistemindən, kompüter məlumatlarının saxlanma mühitindən və mobil rabitə avadanlığının tapılması üçün vahid sistemdən sənəd və ya məlumatın tələb edilməsi ilə bağlı qərarla bağlı məsələləri tənzimləyir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər