Az öncə elan etdilər-Davamlı mitinqlər başlayır
"Davamlı mitinqlər elan edirik".
InterPress.ge xəbər verir ki, bu barədə keçmiş prezident Mixail Saakaşvilinin qardaşı Davit Saakaşvili ailənin hökumətə verdiyi müddət bitdikdən sonra mətbuat konfransında bildirib.
Mixail Saakaşvilinin qardaşının qeyd etdiyinə görə, mitinqlərin konkret başlama tarixi yaxın vaxtlarda açıqlanacaq.
“Plan belədir: vaxtımız çox azdır. Qərarımıza görə sabahdan etibarən hamı ilə aktiv şəkildə danışmağa başlayacağıq, ilk növbədə həkimlərlə danışacağıq, Patriarxlıqla danışmalıyıq. Onlar bizə hörmətlə yanaşaraq vaxt tapıb bizimlə görüşə bilərlər və ona qardaşımın, prezidentimizin sağlamlıq vəziyyətini izah edək. Ola bilsin ki, onun təsiri və nüfuzu bir dəyişiklik yaradacaq.
Biz qeyri-hökumət sektoru ilə, eləcə də vətəndaş cəmiyyəti ilə görüşlərimizi davam etdirəcəyik, üstəlik, ölkə daxilində bu görüşlərdən sonra çox fəal başlayacağımız davamlı mitinqləri elan edəcəyik. Bu, bölgələrdə başlayacağımız işlərin davamı olacaq. Biz bütün bölgələri gəzəcəyik, Acaradan başlayacağıq hər tərəfi insanlarla görüşəcəyik. Lazım gələrsə, genişmiqyaslı aksiyaya da dəvət edəcəyik.
“Mitinqin tarixinə gəlincə, yəqin ki, bu gün və ya sosial şəbəkədə sizə yazılı məlumat verəcəyik”, - Saakaşvili bildirib.
Məlumat üçün bildirək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ailəsinin hökumətə verdiyi müddət bu gün başa çatıb. Ailə saat 18.00-a kimi hakimiyyətdən Saakaşvilini xaricə müalicəyə göndərməyə hazır olub-olmaması ilə bağlı cavab gözləyirdi.


