Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 51 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 655 221 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 95 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 637 293 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, ölkədə son 1 saat ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb və ölənlərin ümumi sayı 16 811 nəfər təşkil edib.
