30 
Apr
2022
18:39
2229

Bu tarixdən sosial aztəminatlı uşaqların aylıq yardım paketi artacaq

Sosial aztəminatlı uşaqlara yardım artır. İyunun 1-dən hər uşağa 150 lari veriləcək. Dövlət proqramına ailə reytinqi balı 120 mindən çox olmayan 16 yaşınadək bütün yetkinlik yaşına çatmayanlar daxil ediləcək.

InterPress.ge xəbər verir ki, Baş nazir İrakli QlĞaribaşvilinin sözlərinə görə, bu il bu istiqamətdə ümumi minimum büdcə 341 milyon lari olacaq.

“Bu yardım gələn il də davam edəcək. Qərarımız bu yardımı hər il genişləndirməkdən ibarətdir, çünki uşaqlara qayğı bizim birbaşa vəzifəmizdir. Biz hamımız sosial cəhətdən həssas təbəqələrin vəziyyətindən narahatıq. Qərar 215 mindən çox uşağa təsir edəcək. Biz həmçinin sosial cəhətdən həssas insanlara müraciət edən digər proqramları, məsələn, məşğulluq proqramı və s. həyata keçirməyi planlaşdırırıq. Bizim əsas vəzifəmiz sosial cəhətdən həssas insanlara mümkün qədər dəstək olmaq və onlara kömək etməkdir”. - baş nazir hökumət iclasında deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər