30 
Apr
2022
14:46
429

Baş nazir: "Gürcüstan, Moldova və Ukrayna sorğu anketini birlikdə təqdim edəcəklər"

“Aİ sorğusu ilə bağlı gözləntilər pozitivdir”.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirib.

Baş nazirin jurnalistlərə verdiyi məlumata görə, hakimiyyət üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib və islahatlar prosesini davam etdirir.

“Nəhayət, razılaşdıq və anket dolduruldu. Qurumlar çox səmərəli işləyirdilər. Bütün suallar qəbul edilib və sənəd Aİ-nin Gürcüstandakı səfirinə verilməyə hazırdır və daha sonra Brüsselə göndəriləcək. Müsbət gözləntilərimiz var, öhdəliklərimizi düzgün bir şəkildə yerinə yetirmişik. Başladığımız islahat prosesi davam edəcək və sona çatacaq. Gürcüstan, Moldova və Ukrayna bu anketi birlikdə təqdim edəcək və biz qərarın qəbulunu gözləyəcəyik ki, bu da ölkələrimizin gələcək inkişafı üçün çox vacib olacaq. Bütün qurumlar bu prosesdə iştirak edib və mən onlara çox vaxt aparan işlərinə görə təşəkkür etmək istəyirəm”, - deyə İrakli Ğaribaşvili bildirib.

Məlumat üçün bildirək ki, Aİ-nin təqdim etdiyi sorğunun birinci hissəsi artıq Gürcüstan tərəfindən hazırlanıb və hökumət onu bazar ertəsi Avropa Komissiyasına təqdim edəcək. Gürcüstanın Aİ-yə namizəd statusunun özünü qiymətləndirmə anketi aprelin 11-də Lüksemburqda təhvil verilib.

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər