30 
Apr
2022
12:13
331

Ğaribaşvili: "Gürcüstanın Müdafiə Qüvvələri Günü münasibətilə Müdafiə Qüvvələrinin nümayəndələrini təbrik etmək istəyirəm"

"Sizi Gürcüstanın Müdafiə Qüvvələri Günü münasibətilə təbrik edir, xüsusilə də Vətənimizi və onun azadlığını müdafiə edən Müdafiə Qüvvələrinin nümayəndələrini, qürurlu ordumuzu, ən mühüm işi görən zabitlərimizi, çavuşlarımızı, hərbçilərimizi təbrik etmək istəyirəm".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Vazianidəki IV Piyada Briqadasının bazasında Müdafiə Qüvvələri Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Hökumət başçısının sözlərinə görə, ölkəyə sədaqətlə xidmət etmək, onun əsas sütunlarından biri olan Gürcüstan ordusunun tərkibində olmaq böyük şərəf və vətənpərvərlikdir.

"Onun inkişafına və möhkəmlənməsinə töhfə vermək böyük qürur hissidir. Mən bütün əsgərlərə Gürcüstana xidmətlərinə görə təşəkkür etmək istəyirəm.  Bu gün bütün cəbhələrdə, o cümlədən dünyada sülhün və sabitliyin qorunmasında ölkəmizi mərdliklə müdafiə edən yenilməz əsgərlərimizi təbrik etmək istəyirəm. Müdafiə Günündə ölkəmizə və ordumuza ən çətin günlərdə sədaqətlə xidmət etmiş, ölkəmizə olan borcunu səmimi qəlbdən ödəmiş veteranlarımıza xüsusi minnətdarlığımızı bildirirəm. Demək istəyirəm ki, Müdafiə Qüvvələrinin elə bir istiqaməti yoxdur ki, orada hərbçilərimiz, veteranlarımız məğrur mübarizlik, münasibət, qəhrəmanlıq, peşəkarlıq nümunələri göstərməsin. Onların ölkəmiz qarşısında xidmətləri çox böyükdür. Mən çox şadam ki, onların ardınca yüksək hərbi təhsilli, böyük motivasiya və münasibətə malik gənc əsgərlərimiz var ki, onlar təcrübəli döyüşçülərlə yanaşı, öz peşəkarlıqlarını yüksəldəcək, gələcəyimizi təcəssüm etdirəcəklər. Bu gün, Müdafiə Qüvvələri Günündə həyatını itirən qəhrəman döyüşçülərimizi yad etməliyik. Onların xatirəsi qarşısında baş əyirəm. Onlar ordumuzun və cəmiyyətimizin yaddaşında vətənpərvərlik və sədaqət nümunəsi kimi daim qalacaqlar”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər