30 
Apr
2022
11:44
410

Baş nazir: "Biz ordumuzu, hazırlığı və müdafiə qabiliyyətini gücləndirə, əhəmiyyətli dərəcədə artıra biləcəyik"

"Çətinliklərlə dolu olan tariximiz və bu günümüz bizdən ordumuzu daha da möhkəmlətməyi, ordumuzun transformasiya prosesini daha da gücləndirməyi tələb edir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Vazianidəki IV Piyada Briqadasının bazasında Müdafiə Qüvvələri Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Baş nazir beynəlxalq tərəfdaşlara, ABŞ və NATO-ya üzv dövlətlərə Gürcüstan ordusunun gücləndirilməsində göstərdikləri dəstəyə görə təşəkkür edib.

“Uzunmüddətli plana əsasən, biz ordumuzu, hazırlığı və müdafiə qabiliyyətini gücləndirə, əhəmiyyətli dərəcədə artıra biləcəyik. Bu gün mən həm də dostlarımıza, tərəfdaşlarımıza - ABŞ-a, NATO üzvü olan dövlətlərə, ordumuzu gücləndirməkdə bizə dəstək olan hər kəsə təşəkkür etmək istərdim.

Bu gün Müdafiə Qüvvələri Kilsəyə etimad baxımından Gürcüstanda ən nüfuzlu qurumdur.  Bu, şübhəsiz ki, hər bir əsgərin xidmətidir. Fədakar xidmətinizə görə bir daha təşəkkür edir, sizə hər yerdə uğurlar və qələbə arzulayıram.  Allah sizi qorusun!” – deyə İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər