29 
Apr
2022
17:53
761

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" müsabiqə elan edir

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" 26 may Müstəqillik Günü ilə əlaqədar inşa müsabiqəsi elan edir.

Bu barədə InterPress.ge-yə qeyd olunan mərkəzin direktoru Rezo Həsənov məlumat verib.

9,10,11,12-ci siniflərdə oxuyan gürcü və azərbaycandilli məktəbliləri arasında "Müstəqilliymiz əbədidir" adlı inşa müsabiqəsinə start verilib.

Müsabiqə Bolnisi məktəbliləri arasında keçiriləcək və ilk üç yerin qalibinə (3 gürcüdilli  və 3 azərbaycandilli şagird olmaqla toplam 6 nəfər) pul mükafatı və təşəkkürnamələr təqdim ediləcək. Müsabiqədə iştirak edən digər bütün iştirakçılar isə təşəkkürnamə ilə təltif olunacaqlar.

- 1-ci yerin sahibinə 150 lari mükafat və təşəkkürnamə.

- 2-ci yerin sahibinə 100 lari mükafat və təşəkkürnamə.

- 3-cü yerin sahibinə 50 lari və təşəkkürnamə təqdim ediləcək.

Müsabiqədə iştirak etmək istəyənlər 20 may 2022-ci il tarixinə kimi inşalarını aşağıda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

📩E-mail: [email protected]
-----------------------------------------
Əlaqə üçün:

📞Telefon: +995571242487
-------------------------------------------
📍Ünvan: Bolnisi rayonu, Sulxan-Saba Orbeliani küçəsi 101

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər