29 
Apr
2022
14:10
482

Gürcüstan iqtisadiyyatı ilə bağlı son vəziyyət açıqlandı

İlkin hesablamalara görə, 2022-ci ilin mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ÜDM artımı 10,6 faiz, birinci rübdə orta real artım isə 14,4 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Geostat-ın yaydığı məlumata görə, 2022-ci ilin mart ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi, qaz, buxar və kondisioner təchizatı, nəqliyyat və anbar təsərrüfatı, mehmanxana və restoranlar, tikinti, incəsənət, əyləncə və istirahət, mədənçıxarma və emal sənayesində artım müşahidə olunub.

Eyni zamanda, mart ayında xarici ticarət dövriyyəsi 894,0 milyon dollar, ixrac isə 411,4 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin mart ayında 9114 yeni müəssisə qeydiyyata alınıb.

Bizimlə əlaqə saxlayın