29 
Apr
2022
12:07
1660

Gürcüstana avtomobil yolu ilə gətirilən 10 məhsul

Gürcüstana avtomobil yolu ilə gətirilən məhsulların həcmi artıb.

InterPress.ge xəbər verir ki, Geostat bununla bağlı məlumat yayıb.

Geostat-ın verdiyi məlumata görə, 2022-ci ilin ilk üç ayında ölkəyə cəmi 2,693 milyard dollarlıq məhsul idxal edilib ki, bunun da 1,165 milyard dolları nəqliyyat vasitələri ilə gətirilib.

2021-ci ilə olan məlumata görə, ötən ilin ilk üç ayında 1,985 milyard dollar dəyərində məhsul idxal edilib ki, bunun da 859,078 milyon dolları avtomobil nəqliyyatının payına düşüb.

Bu il Gürcüstana avtomobil yolu ilə idxal edilən ilk 10 məhsul bunlardır:

Qablaşdırılmış dərmanlar - 54,272 milyon dollar

Minik avtomobilləri - 43,060 milyon dollar

Karbon poladdan hazırlanmış çubuqlar, əlavə emal edilmədən - 19,364 milyon ABŞ dolları

Mis filizləri və konsentratları - 19,166 mln dollar

Qara metal konstruksiyalar və onların hissələri - 16,485 milyon dollar

Borular və içi boş profillər, digər qara metallar - 16,030 milyon ABŞ dolları

Traktorlar - 14,163 milyon dollar

Hazır məhsul, o cümlədən geyim - 13,813 milyon dollar

Buldozerlər, yük maşınları, ekskavatorlar, kompaktorlar və s. - 13,347 milyon dollar

Marqarin - 12,825 milyon dollar

Bizimlə əlaqə saxlayın