Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Tbilisidə valideyinlərini öldürən şəxsin keçmiş kriminal polis əməkdaşı olduğu bildirilir

523
Tbilisidə valideyinlərini öldürən şəxsin keçmiş kriminal polis əməkdaşı olduğu bildirilir
Dinləmək üçün basın

Qonşuların dediyinə görə, Vazisubanidə Zaza Berozaşvili və Lali Tavadzeni əvvəlcə öldürən, sonra isə izlərini gizlətmək üçün evi yandıran şəxs keçmiş kriminal polis əməkdaşıdır.

Qonşuların dediyinə görə, Vazisubanidə Zaza Berozaşvili və Lali Tavadzeni əvvəlcə öldürən, sonra isə izlərini gizlətmək üçün evi yandıran şəxs keçmiş kriminal polis əməkdaşıdır.

InterPress.ge xəbər verir ki, qonşular qətlə yetirilən şəxslərin daha iki övladının olduğunu və ailə üzvlərinin bir-biri ilə yaxşı münasibətdə olduğunu bildiriblər.

"Zaza universitetdə müəllim idi Ləli evdar qadın idi. Baş verənlərə təəccüblənirik", -  qonşulardan biri deyib.

Onun sözlərinə görə, saxlanılan Qiorqi Berozaşvilinin psixi problemi olmayıb və qumar oynamayıb.

Qonşu bildirib ki, saxlanılan şəxs uzun müddət hadisə yerində olmadığı üçün yanğınla bağlı bacıları zəng edib.

Berozaşvilinin qonşularının dediyinə görə, öldürülən Zaza Berozaşvili də keçmişdə yüksək rütbəli polis zabiti olub və onun evində odlu silah olub. Silahın saxlanılan şəxsin atasına məxsus olub-olmadığı məlum deyil. Qətlə yetirilənlərin dostlarının dediyinə görə, Zaza Berozaşvili son illər Gürcüstanda və Orta Asiya ölkələrində mühazirələr oxuyub.

Evin yaxınlığında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsin bacıları istintaq tədbirləri üçün dindirilir.

Məlumat üçün bildirək ki, ötən gün Vazisubanidə yaşayış binalarından birində yanğın baş verib və bundan əvvəl qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, 30 yaşlı Qiorqi Berozaşvili əvvəlcə yatmış valideynlərini öldürüb, sonra isə izlərini gizlətmək üçün evi yandırıb.

Yanğından sonra tapılan Zaza Berozaşvili və Lali Tavadzenin cəsədlərində güllə izləri aşkarlanıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →