05 
Fev
2020
16:26
898

Mdinaradze: "Seçkilərdə 50-dən 60 faizə qədər səs alacağımız utopiya deyil, reallıqdır"

“Gürcü Arzusu” seçkilərdə 50-dən 60 faizə qədər səs yığa biləcək".

InterPress.ge xəbər verir ki, bu barədə parlament əksəriyyətinin lideri Mamuka Mdinaradze bildirib.

Mdinaradzenin dediyinə görə, seçkiqabağı dövründə, partiya ictimaiyyətlə daha çox kommunikasiyada olacaq.

“Düşünürəm ki, “Gürcü Arzusu” seçkilərdə ən az 50-60 faiz səs yığacaq. Bu utopiya deyil, reallıqdır. Ancaq tədqiqatı Batu Kutelialar kimiləri keçirsə, təbii ki, bu real olmayacaq. Biz iddia etmirik ki, hazırda reytinqimiz 60 faizlikdir, ancaq, seçkiqabağı müddətində bizə əhali ilə kommunikasiya üçün xüsusi imkanlar veriləcək, söhbət həmçinin, bizim proqramımızdan gedir. Əsasımız var ki, optimist olaq və səslərin 60 faizə yaxınını yığacağımıza inanırıq” – dedi Mamuka Mdinaradze.

Bizimlə əlaqə saxlayın