28 
Apr
2022
11:43
512

PMCG aylıq əməkhaqqı alanların sayını açıqladı

2022-ci ilin mart ayında aylıq əməkhaqqı alanların sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 5,3 faiz artıb.  

InterPress.ge xəbər verir ki, bu, PMCG-ın araşdırmasında qeyd olunub.

Bununla belə, araşdırmaya əsasən, 2022-ci ilin mart ayında 0-dan 600 lariyə qədər aylıq əmək haqqı alanların sayı 24% (298 608 nəfər) təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz punkt və 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz punkt azalıb.

2022-ci ilin mart ayında aylıq 2400 laridən çox əmək haqqı alanların sayı 16,6% (206 537 nəfər) təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz punkt, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 3,9 faiz punkt artıb.

2022-ci ilin mart ayında aylıq 9600 laridən çox əməkhaqqı alanların sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 35 faiz artıb. 2022-ci ilin mart ayında 9600 laridən çox qazananların sayı 1,5% (186 630 nəfər) təşkil edib.

Bizimlə əlaqə saxlayın