Vazisubanidə yaşayış binasının mənzillərindən birində baş verən yanğın nəticəsində 2 nəfər ölüb.
InterPress.ge xəbər verir ki, əldə olan məlumata görə, yanğın zamanı gənc cütlük dünyasını dəyişib.
Yanğın artıq söndürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 188-ci maddəsinin 3-cü hissəsi ilə araşdırma başlayıb.
