Baş nazir: "Bu, Gürcüstan hakimiyyətinin prinsipial mövqeyidir..."
"Biz heç bir hüquqi və fiziki şəxsin ərazimizdən istifadə edərək sanksiyalardan yan keçməsinə imkan verməyəcəyik, bu, bizim prinsipial mövqeyimizdir və ona yenidən baxılmayacaq. Bu baxımdan, əlbəttə ki, bizim tərəfdaşlarımızla çox sıx əməkdaşlığımız, koordinasiyamız var və mən bu məsələ ilə bağlı hər hansı spekulyasiyaya son qoyulmasını istəyirəm".
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili jurnalistin sualına cavabında bildirib.
Onun sözlərinə görə, bu, Gürcüstan hakimiyyətinin prinsipial mövqeyidir.
“Mən hökumətimizin, hakimiyyətimizin prinsipial mövqeyini aydın və birmənalı şəkildə bildirmək istəyirəm - Gürcüstan hakimiyyəti sanksiyaya məruz qalan hər hansı hüquqi və fiziki şəxsin Gürcüstan ərazisində hər hansı qanunsuz fəaliyyətinə icazə verməyəcək”, - deyə baş nazir qeyd edib.


