Prokurorluq Ləmbəli kəndində baş verən hadisə ilə bağlı bəyanat yaydı
Gürcüstan Prokurorluğu üç nəfəri qanunsuz olaraq azadlıqdan məhrum etmə və ləyaqəti alçaldan rəftara görə ittiham edib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
“İstintaq zamanı məlum oldu ki, N.Q., A.Q. və Q.A., digər şəxslərlə birlikdə gender ayrı-seçkiliyi əsasında, X.C-ni biabırçı vəziyyətə salıb, kənd camaatının gözü qarşısında rüsvay etməyi qərar alıblar. 2014-cü il sentyabrın 16-da Saqareco rayonunun Ləmbəli kəndində təqsirləndirilən şəxslər X.C.-yə zor tətbiq edərək maşından çıxarıb, şifahi və fiziki təzyiqlərə məruz qoyublar, bundan sonra təqsirləndirilən şəxslər onu alçaltmaq məqsədi ilə zərərçəkmişi azadlıqdan məhrum edib iradəsinin əksinə olaraq maşına mindirib kəndin mərkəzinə aparıblar. Onlar kənd camaatının yanında qadına nalayiq davranışa görə cəzalandırılmalı olduğunu bildirərək, alçaldıcı ifadələrlə səsləniblər. Onlar gender ayrı-seçkiliyi əsasında hərəkət edərək, qadının iradəsinə təsir etmək və onun taleyinə nəzarət etmək hüququna malik olduqlarına inanıblar", - prokurorluğun məlumatında deyilir.
Təqsirləndirilən şəxslərin və qruplaşmanın digər üzvlərinin əməlləri nəticəsində 2014-cü il sentyabrın 18-də X.C intihar edib.
Hər üç şəxs Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsinin Q bəndi və 3-cü hissəsinin A bəndi ilə və 144-cü maddənin ikinci hissəsinin “e” və “v” yarımbəndləri ittiham olunub ki, burada da yeddi ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək.


