Arestoviç: “Mənə elə gəlir ki, Gürcüstan hökuməti özünü Rusiyaya bəyəndirməyə çalışır”
“Mənə elə gəlir ki, Gürcüstan hökuməti özünü Rusiyaya bəyəndirməyə çalışır”.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Administrasiyasının müşaviri Aleksey Arestoviç “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.
"Mən qeyri-rəsmi olaraq şəxsi fikrimi səsləndirəcəm. Biz buna dərin narahatlıqla baxırıq. Birincisi, bu, Abxaziya və Cənubi Osetiyanı ələ keçirmək üçün tarixi fürsətdir. Rus ordusu qalmadı, hamısını çıxardılar. İkincisi, bütün dünyanın və Ukraynanın dəstəyini alacaqdılar. Onlar nəinki bunu etmirlər, əksinə, əlavə olaraq Rusiyanın mövqe və hərəkətlərinə haqq qazandırmağa çalışırlar. Bu, Ukraynaya, ümumi işimizə doğru qeyri-dost addımdır, çünki burada biz təkcə öz azadlığımız üçün deyil, həm də sizin azadlığınız üçün mübarizə aparırıq. Bu, gürcü xalqının ilkin Avro-Atlantik istəklərini gücləndirir. Mənə elə gəlir ki, Gürcüstan hökuməti öz hərəkətləri və bəyanatları ilə özünü Rusiyaya bəyəndirməyə çalışır. Bu, gürcü xalqı və bizim üçün böyük problemdir", - deyə o söyləyib.


