26 
Apr
2022
15:55
730

Dördüncü prezident "Milli Hərəkat"a sədr təyin olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

Gürcüstanın dördüncü prezidenti Qiorqi Maqvelaşvili Milli Hərəkatın sədri təyin olunması ilə bağlı yayılan məlumatı təkzib edib.

InterPress.ge xəbər verir ki, Marqvelaşvili bu barədə Formula TV - yə deyib.

Marqvelaşvili partiyanın ona belə bir şey təklif etmədiyini bildirib.

Eks-prezidentin sözlərinə görə, hakimiyyət Bidzina İvanişvili ilə rusiyalı oliqarx arasında olduğu iddia edilən söhbətin audio yazısının yayılmasından sonra yaranmış rezonansı ört-basdır etməyə çalışır.

"Bu, 100% yalandır.  Nə təklif, nə müzakirə olmayıb. Ukraynaya getməzdən əvvəl Saakaşvili ilə əlaqəm var idi, birlikdə Ukraynaya getməyi planlaşdırırdıq.  Görünür, belə uydurma qalmaqalları sıralayıblar və tez-tez hadisəni ört-basdır etməyə cəhdlər olur", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər