26 
Apr
2022
12:23
5847

Aprelin 30-dək olan hava şəraiti açıqlandı

Aprelin 30-dək Gürcüstanın bəzi rayonlarında isti fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

InterPress.ge xəbər verir ki, havanın temperaturu gün ərzində Qərbi Gürcüstanın aran rayonlarında +20, +25, Şərqi Gürcüstanın aran rayonlarında +24, +29 olacaq.

Tbilisidə gecə və axşam qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu +27, +29 dərəcə təşkil edəcək.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər