Gürcüstanın Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları Azərbaycan Respublikasının Qax rayonuna səfər ediblər
Aprelin 23-24-də Gürcüstanın səfiri Zurab Pataradze və səfirliyin əməkdaşları Azərbaycan Respublikasının Qax rayonuna səfər ediblər.
InterPress.ge xəbər verir ki, Zurab Pataradze Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkəliyevlə görüşüb, burada iki ölkənin regionları arasında əməkdaşlığın perspektivləri və soydaşlarla bağlı məsələlər müzakirə olunub.
Səfər zamanı Gürcüstanın səfiri Qax rayonunda Heydər Əliyev Fondu tərəfindən tikilmiş yeni Mədəniyyət evinə baxmış, gürcü işçiləri və "Şvidkatsa" ansamblının rəhbərliyi ilə söhbət etmişdir.
Aprelin 23-də səfirliyin nümayəndələri ilə soydaşlarımız arasında görüş keçirilmiş, konsulluq məsələləri ilə bağlı əhali ilə məsləhətləşmələr aparılmışdır. Onlara, həmçinin Gürcüstan-Azərbaycan quru sərhədində kovid qaydalarına görə tətbiq edilən məhdudiyyətlər kontekstində həmvətənlərə səmərəli köməklik göstərmək məqsədilə səfirlik tərəfindən həyata keçirilən və planlaşdırılan tədbirlər barədə məlumat verilib.
Həmçinin səfər çərçivəsində səfirliyin təşəbbüsü ilə növbəti humanitar aksiya həyata keçirilib və əhaliyə ərzaq bağlamaları verilib.
Aprelin 23-də səfir Zurab Pataradze və səfirliyin əməkdaşları Qax şəhərindəki Müqəddəs Qiorqi kilsəsində Pasxa bayramına həsr olunmuş təntənəli mərasimdə iştirak ediblər.


