26 
Apr
2022
11:00
592

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 62 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 654 375 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 104 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 636 108 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, ölüm halı qeydə alınmayıb və ölənlərin ümumi sayı 16 800 nəfər təşkil edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər