Çoxuşaqlı və ya yeni doğulmuş uşaqlı ailələrə 200 min lari kreditin subsidiyalaşdırılması həyata keciriləcək.
InterPress.ge xəbər verir ki, İqtisadiyyat Nazirliyinin qərarına əsasən, ipoteka kreditinin subsidiyasının hər bir çoxuşaqlı və ya yeni doğulmuş uşaqlı ailəyə verilməsi nəzərdə tutulur.
Belə ailələr üçün ortaq maliyyələşmə demək olar ki, yarı yarıya olacaq, məsələn, ailə 12 faizlə kredit götürsə, 6 faizi dövlət tərəfindən ödəniləcək. Əgər üçüncü, dördüncü və hər bir sonrakı uşaqdan danışırıqsa, bu halda birgə maliyyələşdirmə daha çox, təxminən 8 faiz olacaq və bu ailə yaşayış şəraitini yaxşılaşdırmaq üçün 4 faizlə ipoteka götürəcək.
Birgə maliyyələşdirmə 5 il davam edəcək.
