24 
Apr
2022
15:42
649

25 yaşlı qadın avtomobil qəzasında öldü

Ğvareli bələdiyyəsində 25 yaşlı qadın avtomobil qəzasında ölüb.

InterPress.ge xəbər verir ki, hadisə gecə saatlarında rayonun Şilda kəndi yaxınlığında baş verib.

Məlumata görə, avtomobil dirəyə çırpılıb. Nəticədə gənc qadın yerindəcə keçinib, oğlu və əri isə ağır yaralanıb. Hər iki yaralı xəstəxanada müalicə olunur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər