24 
Apr
2022
11:50
1617

Qaracalar kəndində böyük iftar süfrəsi təşkil edildi - FOTO

Qardabani rayonun Qaracalar kənd sakinlərinin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olundu.

 InterPress.ge xəbər verir ki, Qaracalar kəndi sakinləri 700 nəfərlik iftar süfrəsi açılmışdı. 

Tədbirdə dini xadimlər, dövlət nümayəndələri, Azərbaycan səfirliyindən nümayəndələr, Türkiyənin dini məsələlər üzərə müşaviri Ahmet Erdem, Kvemo Kartli qubernatorunun müavini Qiorqi Şincikaşvili, Qardabani meri Davit Karqareteli, bələdiyyə sədri Mixeil Qedexauri, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, Şərqi Gürcüstan müftisi Etibar Eminov və digər din xadimləri, yerli ictimaiyyət nümayəndələri iştirak etdilər.

Dəvət olunmuş qonaqlar bayramı təbrik edərək xoş arzul diləklərini dilə gətirdilər. Həmçinin tədbirdə Ramazan bayramından, Qədr gecələrinin əhəmiyyətindən danışılıb və İftar süfrəsi mərasimində Quran oxunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər