23 
Apr
2022
22:49
282

Azərbaycanlı gənclərin növbəti Yay Düşərgəsi Şuşada keçiriləcək

Azərbaycanlı gənclərin növbəti Yay Düşərgəsi Şuşada keçiriləcək.

InterPress.ge xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində deyib.

Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Zəfər Qurultayında Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilib, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələr təşkil edilib.

Aprelin 23-də isə Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində Zəfər Qurultayının iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub. Tədbirin sonunda isə Zəfər Qurultayının iştirakçılarının Dünya azərbaycanlılarına, UNESCO-ya və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) və Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətinə müraciətləri, Qurultayın qətnaməsi qəbul edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər