Avtobusda sərnişini odlu silahla yaralayan şəxs saxlanıldı
İctimai nəqliyyatda hərəkətdə olarkən odlu silahla avtobusun sərnişinini aşağı və yuxarı ətraflarından yaralayan şəxs üzrə İttihamlar irəli sürülüb.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğundan məlumat yayılıb.
Gürcüstan Prokurorluğu bir nəfəri qəsdən sağlamlığa ağır zərər vurmaqda, qanunsuz olaraq odlu silah və döyüş sursatı almaqda və gəzdirməkdə ittiham edib.
Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, aprelin 21-də təqsirləndirilən şəxs Tbilisidə ictimai nəqliyyatda hərəkətdə olarkən avtobusun sərnişinini xuliqanlıq hissi ilə aşağı və yuxarı ətraf nahiyəsindən odlu silahla yaralayıb, nəticədə onun sağlamlığına ciddi ziyan vurulub. Hadisə zamanı təqsirləndirilən şəxs ictimai nəqliyyatda olan digər sərnişinlərin də həyat və sağlamlığını təhlükəyə atıb.
Hüquq mühafizəçiləri təqsirləndirilən şəxsi həmin gün saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsinin “Q” və 5-ci hissəsinin “Q” yarımbəndləri ilə həmçinin, 7 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutan 236-cı maddənin 3-cü və 4-cü bəndləri ilə ittiham olunur.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək.
“Cinayət işi üzrə araşdırma aparılır”, - deyə məlumatda bildirilib.


