Gürcüstanda zəlzələ olub.
InterPress.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ Tbilisi vaxtı ilə saat 10:54-də 3,1 bal gücündə olub.
Milli Seysmik Monitorinq Mərkəzinin yaydığı məlumata görə, zəlzələ Ninotsminda yaxınlığında, Sağamo kəndində baş verib.
