Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 87 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 654 163 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 259 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 1 635 550 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, 2 nəfər ölüb və ölənlərin ümumi sayı 16 797 nəfər təşkil edib.
