Ukraynada öldürülən gürcü döyüşçü vətənə qaytarıldı
Aprelin 16-da Ukraynada Rusiya işğalçı qüvvələri ilə döyüşdə həlak olan gürcü döyüşçü Arkadi Kasradze vətənə qaytarılıb.
InterPress.ge xəbər verir ki, Arkadi Kasradze Polşanın paytaxtı vasitəsilə Ukraynadan Gürcüstana gətirilib.
Arkadi Kasradzenin cənazəsi Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstan və Ukrayna bayraqları və şamlar yandırılaraq qarşılanıb.
Kasradze Luqansk vilayətinin Rubejno şəhərində toqquşmalar zamanı həlak olub . Aprelin 16-da Ukraynada dünyasını dəyişən Zaza Bitsadze və Alika Tsaavanın cənazələrinin sabah Gürcüstana gətirilməsi planlaşdırılır. Bir neçə gün əvvəl Ukraynada onlar üçün mülki dəfn mərasimi keçirilib.
Ukraynada Rusiyanın təcavüzünə qarşı mübarizədə ümumilikdə 9 gürcü könüllü döyüşçü həlak olub.


