21 
Apr
2022
20:53
491

Marneuli də daxil olmaqla ölkənin 6 bələdiyyəsində aparılan sorğuda müsahiblər Gürcüstan- Rusia arasında viza rejiminə fikirlərini bildiriblər

Milli Demokratiya İnstitutunun (NDI) sorğusuna əsasən, müsahiblərin əksəriyyəti Ukrayna xalqı haqqında 98%, Ukrayna hökuməti haqqında isə 87% müsbət fikir bildirib.

InterPress.ge xəbər verir ki, sorğunun nəticələrinə görə, müsahiblərin 47%-i hesab edir ki, Ukraynaya ən çox Aİ və Aİ ölkələri kömək edib, 36% ABŞ-ın, 25% isə Gürcüstanın Ukraynaya ən çox kömək etdiyini düşünür.

Eyni zamanda, sorğuya əsasən, müsahiblərin 59%-i rus xalqını müsbət, 36%-i isə mənfi qiymətləndirir. Hökumətin qiymətləndirməsinə gəlincə, müsahiblərin 85%-i Rusiya hökumətini mənfi, 9%-i isə müsbət qiymətləndirir.

Sorğuda iştirak edən əhali üçün bütün ruslar eyni deyil. Eyni zamanda, musahiblərin əksəriyyəti- 66%-i Rusiya ilə viza rejiminin tətbiqini dəstəkləyir, 23%-i isə əleyhinədir.

Milli Demokratiya İnstitutunun araşdırmasına görə, sorğuda iştirak edən vətəndaşlar ölkəni tərk etmək fikrində deyillər, baxmayaraq ki, bəziləri böhran zamanı hökumətin düzgün qərarlar verəcəyinə inanmır.

“Mənim ölkəm mənim vətənimdir və mən onu tərk etmək fikrində deyiləm” - müsahiblərin 97%-i bu mövqedədir.

 “Mənim cəmiyyətimdə sosial həmrəylik yüksək səviyyədədir” - 87% bu fikri bölüşür.

Müsahiblərin  62%-i isə “İnanıram ki, hökumətim böhran dövründə düzgün qərar verəcək”.

Sorğunun nəticələrinə görə, müsahiblərin əksəriyyəti, yəni 81%-i Ukraynadakı müharibənin onların ailələrinin iqtisadi vəziyyətini pisləşdirəcəyini düşünür. 1% onun yaxşılaşdığını, 11% isə müharibənin ailəsinə təsir etməyəcəyini düşünür. Eyni zamanda, müsahiblərin əksəriyyəti iqtisadiyyatın 80% pisləşməsini, rusiyayönlü qüvvələrin aktivləşməsini (57%) və Rusiyanın hərbi təcavüzünü (52%) gözləyir.

Məlumat üçün qeyd edək ki, araşdırma 2 mərhələdə aparılıb. Fevraldakı sorğu 3-15 fevral tarixlərini əhatə edirdi. 2036 tamamlanmış müsahibə (AAPOR standartlarına uyğun olaraq 18% cavab); Orta xəta marjası +/- 1,8%; Martdakı sorğu isə 9-20 mart daxildir. 2024 tamamlanmış müsahibə (AAPOR standartlarına uyğun olaraq 18% cavab); Orta xəta marjası +/- 1,6%

Tbilisi, Batumi, Telavi, Zuqdidi, Axalkalaki və Marneulidə sorğu aparılıb. Bütün müsahibələr telefon sorğusu üsulu ilə aparılmışdır. Müsahiblər sadə təsadüfi seçmə - təsadüfi yığım yolu ilə seçilib. Müsahibələr gürcü, azərbaycan, erməni və rus dillərində aparılıb. Sorğu Gürcüstanın ümumi əhalisini (işğal olunmuş ərazilər istisna olmaqla) təmsil edir. Bundan əlavə, tədqiqat Tbilisi, şəhər və kənd yaşayış məntəqələrini təmsil edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər