21 
Apr
2022
13:47
933

Gürcüstanda aprelin 25-dək olan hava proqnozu açıqlandı

Aprelin 21-22-də Gürcüstanın bəzi yerlərində yağış yağacaq.  

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata görə, aprelin 23-24-də respublikanın əksər rayonlarında hava şəraitinin isti, əsasən yağmursuz keçəcəyi gözlənilir. Aprelin 21-22-də havanın temperaturu aran rayonlarında 19-24 dərəcə isti olacaq, aprelin 23-24-də isə 24-29 dərəcəyədək yüksələcək.  Aprelin 25-də istilər fonunda Gürcüstanın bəzi rayonlarında yenidən yağış yağacaq.

Aprelin 21-22-də Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, aprelin 23-25-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir.  Havanın temperaturu +23, +25 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər