21 
Apr
2022
13:02
1710

Gürcüstandan kartof ixracı rekord həddə çatdı

2022-ci ilin yanvar-mart aylarında Gürcüstandan 2,341 milyon dollar dəyərində 11 min 698 ton, görünməmiş böyük həcmdə kartof ixrac edilib.

lnterPress.ge xəbər verir ki, ötən ilin eyni dövründə xaricə 624 min ABŞ dollarına 3195 ton kartof satılıb. 

Nəticə odur ki, bu il kartof ixracı kəmiyyət baxımından 250%-i ötüb.

Qeyd edək ki, Gürcüstandan heç bir il belə böyük həcmdə kartof ixrac olunmayıb. İllik rəqəmlərə görə, ən çox məhsul 2021-ci ildə ixrac edilib, yəni ötən il ölkədən xaricə 16,8 milyon dollar dəyərində 50 min 127 ton kartof satılıb.

Gürcüstanın bu ilin ilk 3 ayında ən çox məhsul ixrac etdiyi ölkələrin siyahısı:
Rusiya - 3073 ton 1,278 milyon ABŞ dollarına
Azərbaycan - 7980 ton 971 min ABŞ dollarına
Ukrayna - 369 ton 39,1 min ABŞ dollarına
Ermənistan - 88,9 ton 34,1 min ABŞ dollarına
Moldova - 185,4 ton 18,5 min ABŞ dollarına

Xüsusilə mart ayına gəlincə, ötən ay kartof cəmi 3 ölkəyə ixrac edilib:
Azərbaycan - 438 min ABŞ dolları dəyərində 3 min 623 ton
Rusiya - 42,1 min dollar dəyərində 104 ton
Ermənistan - 13,6 min dollar dəyərində 32 ton

Məlumata əsasən, ötən illərə gəlincə, Ukrayna, Ermənistan və Moldova ixrac siyahısında olmayıb. 2021-ci ilin ilk iki ayında Gürcüstan kartofu yalnız Azərbaycan, Rusiya, Türkmənistan və Honq Konqa satıb.

Bizimlə əlaqə saxlayın