21 
Apr
2022
12:54
608

Tbilisidə daşınmaz əmlak bahalaşıb

2022-ci ilin birinci rübündə yaşayış əmlakının qiymət indeksi (RPPI) əvvəlki rüblə müqayisədə 4,2% artıb, indeksin illik artımı isə 3,4% təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Geostat-ın hesabatında qeyd olunub.

Məlumata görə, 2020-ci ilin orta göstəricisi ilə müqayisədə indeks 13,1% artıb.

RPPI əhatə dairəsi Tbilisi ilə məhdudlaşır və yalnız yeni yaşayış daşınmaz əmlak bazarını, həm çoxmərtəbəli evləri (mənzilləri), həm də fərdi ev seqmentlərini əhatə edir.

2022-ci ilin birinci rübündə əvvəlki rüblə müqayisədə həm mənzil seqmentində (5,4%), həm də fərdi yaşayış evləri seqmentində (2,0%) qiymət artımı qeydə alınıb. 2021-ci ilin birinci rübü ilə müqayisədə qiymət artımı hər iki seqmentdə də müşahidə olunub - mənzillər üzrə 4,5 faiz, fərdi yaşayış evləri üzrə 1,0 faiz.

Bizimlə əlaqə saxlayın