21 
Apr
2022
11:19
1287

Gürcüstandan daha bir istiqamətə müntəzəm uçuşlar həyata keçiriləcək

Gürcüstanın aviasiya bazarında daha bir aviaşirkət fəaliyyətə başlayır.  Bu il mayın 1-dən Almaniyanın “Kondor” şirkəti Tbilisi Beynəlxalq Hava Limanına müntəzəm uçuşlar həyata keçirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Aviaşirkətin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi uçuş müraciətinə əsasən, Frankfurt-Tbilisi-Frankfurt reysləri oktyabrın 28-dək həftədə iki dəfə, hər bazar ertəsi və cümə günü yerinə yetiriləcək.

“Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi bu il aprelin 20-də “Condor Airlines” aviaşirkətinə bu ərazilərdə fəaliyyət göstərmək üçün icazə verib”, - deyə agentlik bildirib.

1955-ci ildə əsası qoyulan Condor Hava Yolları hazırda dünya üzrə 90-dan çox istiqamətdə fəaliyyət göstərir.  

Bizimlə əlaqə saxlayın