Restoranlardan birində baş verən mübahisədən sonra 4 nəfəri yaralayan şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Quria Polis Departamentinin Lançxuti rayon şöbəsinin əməkdaşları İmereti, Raca-Leçxumi və Kvemo Svaneti polis şöbələrinin əməkdaşları ilə birlikdə 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.P.-ni qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, istintaq müəyyən edib ki, cari il aprelin 20-də Lançxutidəki restoranlardan birində başlayan mübahisədən sonra təqsirləndirilən şəxs həmin restoranın yaxınlığında 4 nəfəri: 1986-cı il təvəllüdlü İ.M., 1995-ci il təvəllüdlü Q.Q., 1999-cu il təvəllüdlü L.Q. və 1981-ci il təvəllüdlü Q.T.-yə soyuq silahdan istifadə edərək xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya aparılıb. Hazırda onlardan yalnız biri klinikada qalır və müvafiq müalicə alır.
Q.P. həyata keçirilmiş əməliyyat- axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxs qismində tutulub. Polis cinayətin silahını - bıçağı sübut kimi götürüb.
Sağlamlığa qəsdən ağır zərər vurma faktı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi ilə araşdırılır. Sözügedən cinayət 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.


