Saxta vergi sənədləri hazırlayan şəxs saxlanıldı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Axalçixedə saxta vergi sənədlərinin hazırlanması və satışı faktı üzrə bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.
Qurumdan verilən məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz maddi mənfəət əldə etmək məqsədilə faktiki rəhbərliyi altında olan şirkət adından 35 000 lari dəyərində 5000 (kubmetr) vulkanik şlak (pemza) verdiyinə dair saxta elektron vergi hesab-fakturası və elektron yük qaiməsi hazırlayıb, bunun müqabilində isə 12 150 lari alıb.
Gürcüstan Cinayət Məcəlləsinin 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 210-cu maddəsinin birinci hissəsi ilə istintaq aparılır.


