14 
Iyn
2020
13:18
639

İrakli Kobaxidze parlament seçkilərinin təxirə salına biləcəyi ehtimalından danışdı

"Əgər ki virusun ikinci dalğası seçkilərədək olan dövrə təsadüf etsə, ola bilsin seçkilər oktyabrda keçirilməsin, lakin şərti olaraq, dekabrda keçiriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə Parlament əksəriyyətinin nümayəndəsi, İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, bu demokratik proseslərə təhlükə yaratmayacaq.

″Ola bilsin, qaydalara əməl olunması, məsələn seçki məntəqələrində maskanın taxılması, antiseptiklərin istifadəsi və s. müəyyən vəziyyətdə seçkiləri keçirmək imkanı verməsin. Bu halda, konstitusiya asan şəkildə buna cavab verir, əgər belə bir vəziyyət yaransa və ikinci dalğa seçkilərədək olan dövrə təsadüf etsə, bu halda ola bilsin fövqəladə vəziyyətin elan olunması zəruri olsun. Lakin, təbii ki, bunda da faciəvi heç nə yoxdur. Əgər bu oktyabrda baş versə və əgər bu zəruri olsa, bir daha təkrarlayıram seçkilər oktyabrda keçirilməyəcək, lakin şərti olaraq dekabrda keçiriləcək. Bu demokratik prosesə hər hansı bir təhlükə yaratmayacaq″, - deyə Kobaxidze ″İmedi″-nin efirində bildirib.

Bizimlə əlaqə saxlayın