20 
Apr
2022
16:46
277

Ukraynada həlak olan gürcü əsgərlərin xatirəsi yad edildi

Ukraynada həlak olan gürcü əsgərlərinin xatirəsi Kiyevdəki Müqəddəs Volodimir kilsəsində ehtiramla yad edilib. Döyüşçülər hərbi salam və himnlə müşayiət olunublar.

lnterPress.ge xəbər verir ki, Arkadi Kasradze, Alika Caava və Zaza Bicadze bu gün Lvova, daha sonra Varşavaya, güman ki, həftənin sonunda Gürcüstana köçürüləcəklər.

“Son iki ayda bu böyük itki oldu. Biz bu qədər qısa müddətdə bu qədər gürcü heç vaxt itirməmişik, ilk ölən oğlanlarla İrpendə idik və onları yaxşı tanıyırdıq. Çox yüksək qiymət ödəyirik, amma Ukrayna və Gürcüstan nə qədər ödəsə də, qoy düşmənlərimizin sonu bele olsun”,- deyə dəfn mərasiminə gələn ukraynalı təlimatçı bildirib.

Məlumat üçün bildirək ki, aprelin 16-da Ukraynada 3 gürcü döyüşçü həlak olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər