Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi Pasxa bayramında fəaliyyət göstərməyəcək.
InterPress.ge xəbər verir ki, agentlik bu barədə rəsmi Facebook hesabında məlumat paylaşıb.
"Nəzərinizə çatdırırıq ki, Pasxa bayramı münasibətilə Agentliyin bütün struktur bölmələri üçün aprelin 22, 23, 24 və 25-i istirahət günü elan edildi", - deyə məlumatda qeyd olunub.
