20 
Apr
2022
14:00
282

Ceyms Appaturay: "NATO hökumətləri Gürcüstanda daha az qütbləşmiş siyasi mühit görmək istəyirlər"

"NATO ölkələrinin hökumətləri Gürcüstan tərəfindən islahatların davam etdirilməsini, daha az qütbləşmiş siyasi mühiti görmək istəyirlər. Biz həm də iqtidarla müxalifətin birgə işləməsini, siyasi fikir ayrılığından kənar qərarların qəbul edilməsini görmək istəyirik".

lnterPress.ge xəbər verir ki, bu barədə NATO baş katibinin köməkçisinin müavini Ceyms Appaturay parlamentdə bildirib.

Onun sözlərinə görə, aydındır ki, Gürcüstan əhalisinin böyük bir hissəsi Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyir.

“Bu, siyasi sistemdə də geniş şəkildə ifadə olunur. Parlamentdə eşitdim ki, Gürcüstanın NATO-ya üzvlüyünün çoxpartiyalı dəstəyi var, buna şadam, Konstitusiyada da bu yazılıb. Bu istiqamətdə bütün qərarlar vacibdir. NATO ölkələrinin hökumətləri də Gürcüstan tərəfindən islahatların davam etdirilməsini, daha az qütbləşmiş siyasi mühiti görmək istəyirlər. Biz həm də iqtidarla müxalifətin birgə işləməsini, siyasi fikir ayrılığından kənar qərarların qəbul edilməsini istəyirik.

Burada çox qütbləşmiş mühit var və NATO-ya üzv ölkələrin hökumətləri bundan ehtiyatlanır”, - Ceyms Appaturay qeyd edib.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər