20 
Apr
2022
11:17
564

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi Filistində baş verən hadisə ilə bağlı bəyanat yaydı

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi Filistində baş verən hadisələri kəskin şəkildə qınayıb.

InterPress.ge xəbər verir ki, idarə bununla bağlı bəyanat paylaşıb.

"Allah Təbarək və Təala öz mərhəməti ilə rəhmət qapılarını açdığı mübarək Ramazan ayında, müsəlmanların ilk qibləsi olan Beytul-Müqəddəs (Əl-Əqsa məscidin)-də ibadət əhlinə qarşı edilən zülmü kəskin şəkildə lənətləyirik.

Ayrıca Qurani-Kərimin nazil olduğu bir ayda, İsveçdə Allah kəlamına qarşı edilən hörmətsizliyi də kəskin şəkildə qınayırıq", - deyə məlumatda qeyd olunub.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər